Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatmada Azərbaycan təmsilçiləri "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşib.
 
2-ci mərhələdə İsrailin "Aşdod" komandası ilə üz-üzə gələcək "Qarabağ" püşkatmada səpələnmişlər səbətində yer alıb. Serbiya "çukariçki"si ilə qarşılaşacaq "Sumqayıt" və Rusiya "Soçi"sinin rəqibi olan "Keşlə" isə səpələnməmişlər sırasında olub.
 
"Qarabağ" 2-ci mərhələdə İsrailin "Aşdod" komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə AEL (Kipr) – "Vlazniya" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.
 
"Sumqayıt" "çukariçki" (Serbiya) səddini aşsa, "Hammarbü" (İsveç) – "Maribor" (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Keşlə" isə "Soçi"ni mübarizədən kənarlaşdırsa, "Partizan" (Serbiya) - "Dunayska Streda" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi
 
"Qarabağ"/"Aşdod" (İsrail) – AEL (Kipr)/"Vlazniya" (Albaniya)
 
"Sumqayıt"/"çukariçki" (Serbiya) – "Hammarbü" (İsveç) – "Maribor" (Sloveniya)
 
"Keşlə"/"Soçi" (Rusiya) – "Partizan" (Serbiya)/"Dunayskaya Ştreda" (Slovakiya)
 
Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest