Belə ki, Mahir Emrelinin formasını geyindiyi “Legiya” doğma meydanda Anton Krivotsyuklu “Visla” (Plok) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Futbol üzrə Polşa çempionatında 1-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, mövsümün açılış turunda iki azərbaycanlı futbolçunun komandaları üz-üzə gəlib.
 
Belə ki, Mahir Emrelinin formasını geyindiyi “Legiya” doğma meydanda Anton Krivotsyuklu “Visla” (Plok) ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
Krivotsyuk isə Polşa çempionatındakı ilk rəsmi matçında 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest