"Qəbələ" yeni mövsüm üçün hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, əyalət təmsilçisi transfer çalışmaları üzərində də işləyir.

Belə ki, "Qəbələ" Stefan Vukçeviçi komandada saxlamağa qərar verib. Monteneqrolu yarımmüdafiəçi ilə razılıq əldə edilib. Onu transfer edərkən 1+1 illik müqavilə bağlayan əyalət klubu, legioneri daha bir il saxlayıb. Sabahdan etibarən Vukçeviçin komanda ilə məşqlərə qoşulması gözlənilir.

"Qəbələ" Vukçeviçlə yanaşı, heyətə daha bir legioner futbolçu cəlb etməyə hazırlaşır. Onun braziliyalı olduğu bildirilir. Yaxın günlərdə bu transferin də rəsmən açıqlanması gözlənilir.

Əvəzində Premyer Liqa təmsilçisi Yurgen Qoxa ilə yollarını ayırmağa qərar verib. Məşqçilər korpusu albaniyalı müdafiəçini saxlamağa ehtiyac duymayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest