Futbol üzrə Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Aleksandriya” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Eldar bu oyuna start heyətdə başlayıb və 77-ci dəqiqədə əvəzlənib. Rüstəm isə 69-cu dəqiqədə meydana buraxılıb.
 
İki turdan sonra 3 xalı olan “Minay” 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest