Kiprin AEL (Limassol) komandasının sol cinah müdafiəçisi Euller Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan danışıb. Matc.az xəbər verir ki, Braziliyadan olan 25 yaşlı futbolçu bunları söyləyib:
 
"Qarabağ" səddini keçmək və növbəti mərhələyə yüksəlmək üçün daha bir yaxşı oyun sərgiləmək istəyirik. Bütün kollektiv bu oyunun vacibliyini çox gözəl anlayır. AEL-in növbəti mərhələyə yüksəlmək üçün yetərli gücü var. Hədəfimiz bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bu mövsüm hədəfimizə çatmaq üçün bütün gücümüzü sərf edəcəyik".
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1. Cavab görüşü avqustun 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest