Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Nijni Novqorod"la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda oturub.
 
Qeyd edək ki, "Ufa" 4 turdan sonra 4 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest