İngiltərənin "Vulverhempton" klubu futbolçusu Patrik Kutroneni icarəyə verib. Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu İtaliyanın "Empoli" klubuna keçib.
 
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kutrone 2021/22 mövsümünü icarə əsasında "Empoli"də keçirəcək.
 
İtaliya yığmasında bir oyuna çıxan Kutrone ötən mövsüm icarə əsasında İspaniyanın "Valensiya" klubunda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest