Futbol üzrə Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ilk turuna yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
ötən mövsümün gümüş medalçısı "Leypsiq" səfərdə "Maynts"la üz-üzə gəlib və minimal hesabla uduzub.
Dörd qolun vurulduğu "Köln" – "Herta" matçı isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Almaniya Bundesliqası
1-ci tur
13 avqust
Borussiya (Mönhenqladbax) – Bayern 1:1
Qol: Plea, 10 – Levandovski, 42.
14 avqust
Arminiya – Frayburq 0:0
Auqsburq – Hoffenhaym 0:4
Qol: Larsen, 37. Adamyan, 79. Rutter, 87. Rudi, 90+5.
Volfsburq – Bohum 1:0
Qol: Veqorst, 22.
Union Berlin – Bayer 1:1
Qol: Avoniyi, 7 – Diabi, 12.
Ştutqart – Qroyter 5:1
Qol: Endo, 30. Klement, 36. Kempf, 55; 76. Al Qaddiui, 61 – Levelinq, 90+3.
Borussiya (Dortmund) – Ayntraxt 5:2
Qol: Roys, 23. T.Hazard, 32. Haland, 34; 70. Reyna, 58 – Passlak, 27-öz qapısına. Hauqe, 86.
15 avqust
Maynts – Leypsiq 1:0
Qol: Nyakate, 13.
Köln – Herta 3:1
Qol: Modeste, 41. Kaynts, 52; 55 – Yovetiç, 6.