İspaniyanın "Espanyol" komandası heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi bu yay "Sevilya"dan ayrılan və azad agent statusu daşıyan Aleyş Vidalı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı ispan futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Aleyş Vidal 2018-ci ildən "Sevilya"da çıxış edirdi. Yarımmüdafiəçi daha öncə "Espanyol"un B komandasının da formasını geyinib. Onun çıxış etdiyi klublar arasında "Barselona" da var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest