"Qarabağ" bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Şotlandiyada "Aberdin"lə qarşılaşıb.

Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinə mərhələ adlamaq üçün heç-heçə də sərf edirdi. Amma komandamız səfərdə daha inamlı hesabla qalib gəlib.

Bununla da son 7 ildə bir dəfə çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan "Qarabağ" uğurlu seriyasını davam etdirməyi bacarıb.

Avropa Konfrans Liqası
Pley-offun cavab oyunu
26 avqust

"Aberdin" – "Qarabağ" 1:3
Qol: L.Ferqyusson, 90+2-pen – T.Bayramov, 8. K.Malinovski, 18. A.Zubir, 72.
Baş hakim: Harald Lexner (Avstriya).
Aberdin. "Pittodri" stadionu
İlk oyun – 0:1.

Aberdin: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaxer, 8. Skott Braun (k), 9. Kristian Ramires, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Remzi, 20. Teddi Cenks, 17. Conni Heyz.
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayall Makqinn, 14. Cey Emmanuel-Tomas, 15. Dilan Makqiox, 18. Konnor Maklennan, 21. Cek Qurr, 24. Din Kempbell, 31. Kiran Nqvenya, 35. Meyson Henkok.
Baş məşqçi: Stiven Qlass.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina. 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest