AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ" klubunun Avropa Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"UEFA-nın yeni təsis etdiyi, bu mövsümdən etibarən keçirilən UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanması münasibətilə "Qarabağ" klubunu təbrik edirəm. Artıq 8-ci mövsümdür ki, "Qarabağ" ardıcıl olaraq avrokuboklarda qrup mərhələsində oynamaq hüququ qazanır. 6 dəfə Avropa Liqası, 1 dəfə UEFA çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək Avropa Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha "Qarabağ" Futbol Klubunun futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest