Azərbaycanın futbol klublarının 2020-ci ildə transferlərə xərclədikləri məbləğ açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın yaydığı hesabatda bildirilib.
 
Klublarımız il ərzində futbolçular üçün 1 milyon ABŞ dolları ödəyib. Onların gəlirləri isə 500 000 dollardan bir qədər çox olub.
 
Azərbaycanın futbol klublarının 2020-ci ildə heyətlərinə qatdığı futbolçuların sayı da açıqlanıb. Komandalar başa çatan ildə 61 oyunçu transfer edib və 51-i ilə yollarını ayırıb. Əməliyyatlarda 10 ölkənin təmsilçiləri iştirak edib.
 
Bütövlükdə isə Azərbaycan klubları son 10 ildə (2011-2020) 840 futbolçu transferi həyata keçirib. ölkə xaricinə transfer olunan oyunçuların sayı isə 582-dir.
 
Son 10 ildə transferlərə 13.7 milyon ABŞ dolları xərcləyən yerli klublar cəmi 2.9 milyon ABŞ dolları gəlir əldə ediblər. Bir sözlə, Azərbaycan klubları transferlərdən 10.8 milyon dollar itiriblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest