Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçikanın "Brügge" klubunun müdafiəçisi Simon Delini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fil Dişi Sahili yığmasının da üzvü olan 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Simon Deli 2019-cu ildən "Brügge"də çıxış edirdi. O, bu ilin əvvəlində Praqa "Slaviya"sına icarəyə verilmişdi. Hansı ki, müdafiəçi 2012-2019-cu illər aralığında məhz çexiya təmsilçisinin uğurları üçün çalışıb. Deli çexiya "çeske Budeyovitse" və "Pribram" klublarının da formasını geyinib.
 
"Adana Dəmirspor" seneqallı yarımmüdafiəçisi Joher Rassul ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Tərəflər 2+1 illik yeni sözləşməyə imza atıblar. 25 yaşlı futbolçu Türkiyə klubuna 2019-cu ildə "Lokeren"dən transfer olunub.
 
Super Liqa klubu yerli oyunçulardan da ikisi ilə müqaviləni yeniləyib. 21 yaşlı müdafiəçi Tayyip Talha Sanuç klubla 4 illik yeni müqavilə imzalayıb. 26 yaşlı yarımmüdafiəçi Sinan Kurt isə 2024-cü ilə qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest