UEFA Konfrans Liqasının qrup mərhələsinin görüşlərinə təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın yer aldığı H qrupunda İsveçrənin “Bazel” klubu ilə oyunu belçikalı hakimlər briqadasına tapşırılıb.

Belə ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın əsas söz sahibi Erik Lambrexts olacaq. Ona yan xətdə  Rien Vanyzer və Jo de Veyrdt kömək edəcəklər.  Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Bazel” matçı saat 22:45-də başlayacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest