Futbol üzrə Fransa çempionatının 7-ci turunun "Anje" – "Olimpik" (Marsel) matçından sonra qalmaqal yaşanıb. Matc.az xəbər verir ki, qolsuz yekunlaşan bu qarşılaşma bitən kimi hər iki komandanın azarkeşləri arasında kütləvi dava düşüb.
 
Belə ki, hakimin final fitindən sonra Marsel təmsilçisinin fanatları meydana girərək rəqib azarkeşlərə tərəf qaçıblar. Nəticədə tərəfdarlar arasında kütləvi dava baş verib və stadionun avadanlıqlarına xeyli ziyan dəyib.
 
Bu, cari mövsümdə marselli azarkeşlərin iştirakı ilə ikinci belə kütləvi davadır. Onlar daha əvvəl 3-cü turun "Nitsa" ilə səfər oyununda da kütləvi şəkildə meydana qaçıblar. Həmin vaxt onlar oyunçularla dalaşmışdılar. Bu üzdən qarşılaşma da yarıda qalmışdı.
 
<iframe width="653" height="380" src="https://www.youtube.com/embed/IffE2rJiAMs" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest