Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun biletləri sentyabrın 24-dən satışda olacaq. Matc.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Qiymətlər sektorlara uyğun olaraq 5-125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.
 
Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest