12 Oktyabr 2021, 11:31
DÇ-2026
Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Latviyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra ağlayıb. Matc.az xəbər verir ki, 59 yaşlı almaniyalı mütəxəssis 90+9-cu dəqiqədə Burak Yılmazın penaltidən vurduğu qoldan sonra göz yaşlarını saxlaya bilməyib.
Qarşılaşma Türkiyə yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 15 xalı olan qardaş ölkə yığması G qrupunda 3-cü pillədə qərarlaşıb. Norveç 17 xalla ikinci, Niderland isə 19 xalla birinci pillədədir.