Braziliyanın "San-Paulo" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Ernan Krespo ilə yollarını ayıran klub onun əvəzində Rojerio Senini baş məşqçi təyin edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rojerio Seni ilə müqavilə 2022-ci ilin sonunadək nəzərdə tutulub.
 
Kresponun istefasına komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv cari mövsümdə keçirdiyi 25 oyunda cəmi 30 xal toplayıb və 20 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest