İngiltərənin “Liverpul” klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Ötən ayın ən yaxşısı Məhəmməd Salah seçilib. Misir yığmasının da üzvü olan 29 yaşlı hücumçu sentyabr ayında Premyer Liqa nəhənginin heyətində meydana çıxdığı 5 matçda 6 qola imza atııb.
 
Salah 2017-ci ildən "Liverpul"da oynayır. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest