"Turan Tovuz" yeni mövsüm öncəsi heyətini gücləndirmək istiqamətində növbəti addımını atıb və rusiyalı qapıçı ilə rəsmi müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilir ki, Tovuz təmsilçisi 27 yaşlı qolkiper Kenyaykin ilə 2 illik sözləşmə bağlayıb.

Karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq rusiyalı qapıçı Tovuz komandasının düşərgəsinə qoşulub.

199 santimetr boya malik olan hündürboylu qolkiper karyerası ərzində ölkəsində "Orenburq", "Torpedo" (Moskva) və "Volqa" (Ulyanovsk) klublarının formasını geyinib.

Qeyd edək ki, rusiyalı qapıçı Aleksey Kenyaykinin keçidi Tovuz təmsilçisinin yay "transfer pəncərəsi"ndə rəsmiləşdirdiyi ikinci transferi olub. Qərb bölgəsinin komandası buna qədər ilk olaraq "Şamaxı"dan portuqaliyalı yarımmüdafiəçi Dioqo Balaunu heyətinə qatmışdı.

Komandanı tərk edən futbolçuların da siyahısı genişdir. "Turan Tovuz" yeni mövsüm öncəsi 5 oyunçusu ilə rəsmən yollarını ayırıb. Komandadan ayrılan Şəhriyar Əliyev, Filip Ozobiç, Tural Bayramlı və Sergey Samok ilə müqavilə yenilənməyib. Ayxan Hüseynov isə karyerasını "Zirə" klubunda davam etdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest