Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş keçirilib.

G qrupunda Şotlandiya “Seltik”i öz meydamında Macarıstan “Ferentsvaroş”unu qəbul edib. Əvvəlki oyunlarından məğlub ayrılan bu komandalar xalsız idilər. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə sevinməklə ilk xallarını qazanıb.

Bu qrupun digər matçında Almaniya “Bayer”i İspaniyada “Betis”in qonağı olacaq. Bu oyun da 3-cü turun qalan bütün görüşləri kimi oktyabrın 21-də baş tutacaq.

Avropa Liqası
G qrupu
19 oktyabr

“Seltik” (Şotlandiya) – “Ferentsvaroş” (Macarıstan) 2:0
Qol
: Furuhaşi, 57. Törnbull, 81.

Xal durumu: Bayer – 6, Betis – 6, Seltik – 3, Ferentsvaroş – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest