"Burada olduğum müddətdə əlimdən gələni edəcəm".

"Göstərdikləri səyə və istəyə görə, futbolçularıma təşəkkür edirəm. Birinci hissədə çox möhtəşəm performans sərgilədilər. Bütün boşluqları bağlaya bildilər. İkinci hissədə o qədər də yaxşı deyildik. Çünki enerjimiz bitmişdi. Amma yenə də üç xal bizim haqqımız idi".

Matc.az xəbər verir ki, bu sözləri "İmişli"nin məşqçisi Ervins Perkons deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Hansı dəyişiklikləri etdiniz ki, qələbə qazanasınız?

- Enerjini artırdıq. Rəqibə təzyiq göstərmək məsələsini də dəyişdik. Oyunçulardan bəlkə də çox şey tələb etmişdik. Amma onlar bunu çox yaxşı yerinə yetirdilər. Komandanın meydançadakı düzülüşünü də dəyişmişdik. Bunlar daha çox ön plana çıxdı.

- Komandanın yeni baş məşqçi olmağa hazırsınız?

- Hələ ki çox da uzağı düşünmürəm. Son hadisələrdən sonra mənə məlumat verildi ki, baş məşqçiyəm. Yəni ki, bu həftəlik. Əlimdən gələni etdim, bu oyun üçün hazırlaşdıq. Amma ümumi olaraq siz bu sualı kluba ünvanlamalısınız. Burada olduğum müddətdə əlimdən gələni edəcəm. Rəhbərliklə bu haqda danışmamışam. Sadəcə bizi təbrik etdilər.

- Aleksandr Starkovsdan sonra Azərbaycanda çalışan ikinci latviyalı məşqçisiz...

- Bu bir az gülməli hadisədir. Çünki PRO lisenziyasına hazırlaşanda, hər zaman yanındaydı, müəllimim idi, hər zaman mənə məsləhətlər verirdi. Davamlı olaraqda görüşürdük. Azərbaycana gəlməmişdən əvvəl, hətta onunla danışdım və məsləhətləşdim ki, "sizcə, gedim, yoxsa necə?". Bildirdi ki, get, yaxşı təcrübə olardı. Hələ də onunla əlaqədəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest