18 Oktyabr 2026, 10:48
FUTBOL
"Real" 2027-ci ilin yay transfer pəncərəsi üçün top-səviyyəli yarımmüdafiəçi almağı prioritet vəzifələrindən birinə çevirib. Prioritet Martin Subimendi ("Arsenal") və Skott Maktomineyin ("Napoli") alınmasına verilir.
Matc.az xəbər verir ki, bu barədə Sport.es idman nəşri məlumat yayıb.
Bildirilir ki, madridlilər Subimendinin transferində uğur qazana bilərlər, çünki İspaniya millisinin heyətində dünya çempionu olan futbolçu "Arsenal"da kifayət qədər oyun vaxtı almır.
Öz növbəsində, Maktomineyin "Napoli" ilə müqaviləsinin müddətini uzatmaq barədə danışıqları çıxılmaza düşüb. 29 yaşlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir.













