Qazaxıstanın "Kayrat" klubu Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyuna ciddi itkiylə çıxacaq. Matc.az xəbər verir ki, Almatı təmsilçisinin təcrübəli hücumçusu Vaqner Lav sözügedən oyunda iştirak etməyəcək.

Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Lav zədə səbəbindən "Qarabağ"la oyunu buraxacaq.
 
Oktyabrın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Kayrat" matçı saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest