Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
"Fatih Karagümrük" – "Hatayspor" və "Sivasspor" – "Adana Dəmirspor" görüşlərində qalib müəyyənləşməyib. Səfərdə "Antalyaspor"la qarşılaşan "Başakşəhər" çətin qələbəyə sevinib.
 
"Fənərbaxça" doğma meydanda "Alanyaspor"un müqavimətini qırmağa çalışıb. Amma İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.
 
Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. Son çempion "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı qəbul edəcək.
 
Türkiyə Super Liqası
10-cu tur
22 oktyabr
 
Yeni Malatyaspor – Altay 2:1
Qol: Tette, 57. A.Böyük, 68-pen – Bamba, 84-pen.
 
23 oktyabr
 
Rizəspor – Kasımpaşa 2:1
Qol: C.Sertel, 11. S.Ay, 90+11 – U.Bozok, 62-pen.
 
Qaziantep – Girəsunspor 1:1
Qol: A.Peres, 90+2-öz qapısına – Serjinyo, 78.
 
Konyaspor – Kayserispor 2:0
Qol: S.Gürler, 8. Hacıahmetoviç, 45+1.
 
Göztəpə – Trabzonspor 0:1
Qol: Jervinyo, 56.
 
24 oktyabr
 
Fatih Karagümrük – Hatayspor 1:1
Qol: Peşiç, 38 – El Kaabi, 30.
 
Antalyaspor – Başakşəhər 1:2
Qol: Qaça, 90+5 – B.özcan, 32; 56.
 
Sivasspor – Adana Dəmirspor 1:1
Qol: Qradel, 7 – Balotelli, 90+8-pen.
 
Fənərbaxça – Alanyaspor 1:2
Qol: S.Dursun, 80 – E.Akbaba, 75. E.Bəkiroğlu, 90+3.
 
25 oktyabr
 
21:00. Beşiktaş – Qalatasaray

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest