Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranları Rüstəm Rəhimov və Vəli Qasımov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal Bələdiyyəsinin sədri Tahri Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Noyabrın 12-də Yasamal rayonunda növbəti məhəllədaxili stadion istifadəyə verilib. 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə tikilən meydança Bakıxanov pr. 2 ünvanında yerləşir.

Meydança Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin dəstəyi ilə ərsəyə gəlib. Uzunluğu 32,5, eni 16,5  metrdir. Meydançanın süni ot örtüyünü AFFA təqdim edib.

Bu, deputat Elnur Allahverdiyevin təşəbbüsü ilə son 7 ayda tikilən sayca üçüncü məhəllə meydançasıdır. Əsas məqsəd gənclərin və uşaqların sağlam həyat tərzinə həvəsləndirilməsidir. Meydança tikildikdən sonra sakinlərin ixtiyarına verilir.

Meydançanın açılışında Yasamal RİH-nin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, futbol və rayon ictimaiyyətinin tanınmış üzvləri iştirak ediblər. E.Allahverdiyev bildirib ki, "Bu, seçildiyim dairə ərazisində Yasamal RİH, Yasamal Bələdiyyəsi və AFFA ilə müştərək tikilib istifadəyə verilmiş sayca üçüncü stadiondur. Hər üçünün inşası seçicilərimizin xahişi ilə reallaşıb. Yasamal RİH ilə birgə qarşıdakı müddətdə də rayon gənclərinin sağlam həyat tərzinə həvəsləndirilməsi üçün müxtəlif idman qurğuları inşa ediləcək, tədbirlər keçiriləcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest