Futbol üzrə Fransa millisi Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstana qarşı keçirdiyi oyunda 8:0 hesablı qələbəyə sevinib. Matc.az xəbər verir ki, bu oyun Fransa millisinin hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
 
Komandasının vurduğu qollardan birinə məhz Qrizmann imza atıb. 30 yaşlı hücumçu 84-cü dəqiqədə rəqib qapısına yol tapıb. Bununla da o, yığmadakı qollarının sayını 42-yə çatdırıb və Fransa yığmasının bombardirləri siyahısında 3-cü pilləyə yüksəlib. 
 
Qrizmann siyahıda əfsanəvi hücumçu Mişel Platinini qabaqlayıb. Təcrübəli oyunçu bu göstəriciyə görə yalnız Tyerri Anri (51 qol) və Olivye Jirudan (46 qol) geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest