16 Noyabr 2021, 10:21
DÇ-2026
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 11-ə çatıb. Matc.az xəbər verir ki, Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bu gün baş tutan oyunlarından sonra daha iki komanda mundiala vəsiqə qazanıb.
Bunlar İngiltərə və İsveçrə yığmalarıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya və Serbiya millilərinin də dünya çempionatında iştirak edəcəyi dəqiqləşmişdi.
Gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.
Dç-2022-yə vəsiqəni təmin etmiş komandalar:
Qətər, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə, İsveçrə.
Dç-yə vəsiqə uğrunda pley-off oynayacaq komandalar:
İtaliya, Portuqaliya, Rusiya, Şotlandiya, çexiya, Polşa, İsveç, Uels, Avstriya, Şimali Makedoniya