Futbol üzrə Niderland millisi bu gün Dç-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Norveçlə oyuna baş məşqçisiz çıxacaq. Matc.az Niderland mətbuatına istinadən xəbər verir ki, buna təcrübəli mütəxəssisin xəsarət alması səbəb olub.
 
Belə ki, o, 2 gün öncə məşqdən otelə qayıdarkən velosiped qəzası keçirib. Bu üzdən də o, Norveçl görüşdə texniki zonada yer ala bilməyəcək. Van Qal qarşılaşmanı tribunadan izləyəcək və oyunçularına öz tapşırıqlarını köməkçiləri vasitəsilə çatdıracaq.
 
Niderland - Norveç matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest