İspaniyanın "Barselona" klubu bir neçə gün öncə transfer etdiyi sabiq futbolçusu Daniel Alves üçün təqdimat mərasimi təşkil edib. Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
 
"Kamp Nou" stadionunda gerçəkləşən tədbirdə 10 minə yaxın azarkeş iştirak edib.
 
Braziliyalı müdafiəçi ilə müddəti cari mövsümün sonunadək olan müqavilə imzalanıb. Tərəflər yayda bu müqavilənin müddətini daha bir il uzada bilərlər.
 
Daniel Alves Kataloniya təmsilçisinə azad agent kimi transfer olunub. 38 yaşlı sol cinah oyunçusu sabiq komandasının heyətində 2022-ci ilin yanvarından etibarən meydana çıxa biləcək. O, daha əvvəl 2008-2016-cı illər aralığında da "Barselona"nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest