"çelsi"nin sabiq baş məşqçisi Frenk Lempardın çalışmaq istədiyi klub məlum olub. Matc.az xəbər verir ki, ingilis mütəxəssis "Lester Siti"də işləmək istəyir.
 
İngiltərə mətbuatının yazdığına görə, Lempard "Norviç Siti", "Nyukasl", "Kristal Pelas" kimi klublardan təklif alsa da, onlara müsbət cavab verməyib. 43 yaşlı mütəxəssis özünə uyğun komandanın "Lester Siti" olduğunu düşünür. 
 
"Lester Siti"in baş məşqçisi Brendan Rocers klubdan ayrılacağı halda, Lempard "tülkülər"in rəhbərliyi ilə görüşmək niyyətindədir. Rocersin adı "Mançester Yunayted"lə hallanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest