Futbol üzrə Argentina millisinin və Fransanın PSJ komandasının hücumçusu Lionel Messi ilin futbolçusu seçilib. Matc.az xəbər verir ki, 34 yaşlı forvard "Goal" nəşrinin versiyasına əsasən bu ada layiq görülüb.
 
O, bu nəşrin oxucuları arasında keçirilən səsvermə nəticəsində qalib elan olunub. Messi sorğuda 14 milyondan çox səs toplayıb.
 
İkinci pilləni İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo tutub. Polşa millisinin və Almaniyanın "Bayern" klubunun hücumçusu Robert Levandovski isə üçüncü yerlə kifayətlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest