Braziliyanın prezidenti Jair Bolsonaro dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləyib. Matc.az xəbər verir ki, ölkə rəhbəri bu barədə TACC agentliyinə açıqlamasında deyib. O, bu layihənin ölkələrin iqtisadiyyatına da faydalı olacağını söyləyib:
 
"Yaxşı ideyadır. Dünya çempionatının iki ildən bir keçirilməsi ölkələrin iqtisadiyyatına da xeyir verəcək. Düşünürəm ki, dörd il uzun müddətdir. Daha qısa vaxt olmalıdır. Bu, mənim şəxsi fikrimdir".
 
Dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını FİFA-nın qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger irəli sürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest