Futbol üzrə Uruqvay millisinin baş məşqçisi Oskar Tabares vəzifəsindən azad edilib. Matc.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
74 yaşlı mütəxəssis millidə 15 illik fəaliyyətindən sonra komandadan ayrılıb. 2016-cı ildə ona ağır xəstəlik diaqnozu qoyulub. Hazırda Tabares sərbəst yeriyə bilmir.
 
Tabares iki dəfə Uruqvay millisinə rəhbərlik edib. Bu, ilk dəfə 1988-ci ildə olub və 2006-cı ildə bu vəzifəyə qayıdıb. O, üç dünya çempionatında, beş Amerika Kubokunda komandaya rəhbərlik edib. Tabares 2011-ci ildə komandasına 1995-ci ildən bəri ilk dəfə Amerika Kubokunda qələbə qazandırıb.
 
1988-1990 və 2006-2021-ci illərdə Uruqvay millisinə rəhbərlik edən təcrübəli baş məşqçi 214 matçda iştirak edib. Bu, milli komandanın baş məşqçisi üçün üçüncü rekorddur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest