“Neftçi” Premyer Liqanın XI turunda da uduzdu. Matc.az xəbər verir ki, son ölkə çempionu “Qarabağ” və “Keşlə”nin ardından autsayder “Sabah” qarşısında da ağ bayraq qaldırdı – 1:2.  
 
Nəticədən razı qalmayan “Neftçi” azarkeşləri qarşılaşmanın sonlarında baş məşqçi Samir Abasovu istefaya səslədilər. Oyun başa çatınsa klubun fanatları sosial şəbəkə vasitəsilə Abasovun komandadan getməyinin vaxtının çatdığını bildiriblər.
“Layiq olduğumuz məğlubiyyəti aldıq. Artıq 2 turdur hesabı qoruya bilmirik. Samir Abasov üçün artıq yol görünüb. Artıq istefa vaxtıdır. Ardıcıl 3 məğlubiyyət”. 
 
“Neftçi” azarkeşlərinin fikrincə, Emin Mahmudov kimi oyunçunun məsuliyyətsizliyi, Aqil Məmmədovun qapıda sadəcə lom kimi durması, digərlərinin isə meydanda yola verməsinin günahkarı Samir Abasovdu “Çempion etdi, sonra elə bilir ki, daha ona gözün üstündə qaşın var deyən olmaz. Gəldiyin kimi, rədd ol, Mübariz Orucov və Seymur Rəhimovu da vur qoltuğuna. Sən ki meydanda ən yaxşılardan olan Koreanı əvəzləyib, Sezarı saxladın, elə rədd ol ki, tozun qalmasın. Şərəfin, ləyaqətin varsa, get!”
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest