Futbol üzrə Polşa çempionatında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Varta" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.
 
"Visla" 15 turdan sonra 20 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest