Futbol üzrə İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub. 
 
Dörd qolun qeydə alındığı "Sassuolo" – "Kalyari" matçında qalib müəyyənləşməyib. "Bolonya" evdə "Venetsiya"ya, "Salernitana" isə "Sampdoriya"ya uduzub.
 
Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider "Napoli" "İnter"in qonağı olub. Beş qolun qeydə alındığı matç milanlıların qələbəsiylə yekunlaşıb. Beləcə, "Napoli"nin də məğlubiyyətsiz oyunlar seriyasına son qoyulub.
 
Joze Mourinyolu "Roma" isə bu turda "Cenoa"nın qonağı olub. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
 
İtaliya A Seriyası
13-cü tur
20 noyabr
 
Atalanta – Spetsiya 5:2
Qol: Paşaliç, 18; 41. Sapata, 38-pen. Muriel, 83. Malinovski, 89 – Nzola, 11; 90+1.
 
Latsio – Yuventus 0:2
Qol: Bonuççi, 23-pen; 83-pen.
 
Fiorentina – Milan 4:3
Qol: Dunkan, 15. Saponara, 45+1. Vlahoviç, 60; 86 – İbrahimoviç, 62; 67. Venuti, 90+6-öz qapısına.
 
21 noyabr
 
Sassuolo – Kalyari 2:2
Qol: Skamakka, 37. Berardi, 52-pen – Balde, 40. J.Pedro, 56-pen.
 
Bolonya – Venetsiya 0:1
Qol: Okereke, 61.
 
Salernitana – Sampdoriya 0:2
Qol: Di Takkio, 40-öz qapısına. Kandreva, 43.
 
İnter – Napoli 3:2
Qol: H.çalhanoğlu, 25-pen. Perişiç, 44. Martines, 61 – Zelinski, 17. Mertens, 79.
 
Cenoa – Roma 0:2
Qol: Afena, 82; 90+4.
 
22 noyabr
 
21:30 Verona – Empoli
23:45 Torino – Udineze

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest