25 Noyabr 2021, 15:28
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın karate üzrə "dünya referisi" dərəcəsi alan hakimləri dörd nəfərə çatıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
"Avropa referisi" dərəcəsi olan beynəlxalq hakimlər Anar Allahverdiyev və Rənad Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Böyüklərin və Para-karateçillərin Dünya çempionatı ərəfəsində imtahan verərək səviyyələrini artırıbılar.
Dünya Karate Federasiyasının (WKF) hakimlər Komitəsi xüsusi yığıncağında Tokio 2020 Yay Olimpiya Oyunlarını idarə edən hakimlərdən Cahangir Babayevin də işini yüksək qiymətləndirərək ona sertifikat təqdim edib.
Xatırladaq ki, beynəlxalq hakimlərimiz Cahangir Babayev, Anar Allahverdiyev və Rənad Əliyevdən başqa Vüqar Kərimov ötən Dünya çempionatını idarə edən referilər arasında olub. Cagangir Babayevlə Vüqar Kərimov medallar uğrunda görüşləri də idarə ediblər.