UEFA Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub. Matc.az xəbər verir ki, Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə edən Kiprin "Omoniya" klubunun futbolçusu Jordi Qomesin də uzaq məsafədən dəqiq zərbəsi namizədlər siyahısında göstərilib.
 
36 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb.
 
İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Horvat ("Mura", Sloveniya), Lazaros Xristodulopulos ("Anortosis", Kipr) və Edon Jeqrovadır ("Bazel", İsveçrə).
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest