Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krakoviya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 46-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Visla" 16 turdan sonra 23 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest