Bölgə təmsilçisi ötən tur “Sumqayıt“ üzərində qazanılan 2:1 hesablı qələbəyə görə futbolçularına 1200 manat mükafat ödəyib.

Bu gün Azərbaycan Premyer Liqasında XII tur başa çatacaq. Matc.az xəbər verir ki, turun son günündə qış çempionu müəyyənləşə bilər.

“Qəbələ” öz meydanında “Qarabağ”la qarşılaşacaq. Elmar Baxşıyevin komandası liderdən 3 xal almaq və bununla da bir günlük fasilədən sonra ikinci pilləyə qayıtmaq üçün mübarizə aparacaq.

İzləyiciləri ilə böyük xal fərqinə malik olan Qurban Qurbanovun komandası qış fasiləsinə iki tur qalmış zirvədəki yerini təmin etmək imkanı qazanıb.

Bunun üçün ağdamlılara qələbə lazımdır. Qazanılacaq 3 xal “Qarabağ”ı qış çempionu edəcək.

Ev sahibləri “köhlən atlılar“la görüşə ikiqat motivasiya ilə çıxmaq üçün stimul əldə edib. Bölgə təmsilçisi ötən tur “Sumqayıt“ üzərində qazanılan 2:1 hesablı qələbəyə görə futbolçularına 1200 manat mükafat ödəyib.

Düzdür, komanda üzvləri hərəyə 2000 manat istəyib, amma rəsmilər bildiriblər ki, bu tur 3 xal alsalar, daha yüksək mükafat alacaqlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest