“Sabah”ın əsas komandasının və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev klubun futbol akademiyasının U-13 komandası ilə görüşüb. Matc.az xəbər verir ki, İsayev komandanın məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib.
 
Futbolçuların suallarını cavablandıran Aleksey, daha sonra onlarla birgə məşq edib. İsayev azyaşlı futbolçularla söhbətində futbola gəlişi, futbolçu kimi formalaşmasında rol oynayan əsas amillər barədə danışıb, onlara öz tövsiyələrini verib.
 
Sonda U-13 komandasının üzvləri arasında əyləncəli yarış keçirilib. Qalib olan futbolçuya Aleksey İsayevin imzalı forması hədiyyə verilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest