Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Menemenspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, 60-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Keçiörengücü" 15 turdan sonra 14 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest