Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
Belə ki, dekabrın 6-dan 12-dək olan müddətdə 42 nəfərin koronavirus testinin nəticəsi müsbət olub. Bu müddət ərzində bütövlükdə 3805 futbolçu və klub işçisi COVİD-19 testindən keçib. Virusa yoluxmuş şəxslərin adları, klubları və şəxsiyyətləri açıqlanmır.
 
Xatırladaq ki, hələlik rəsmi açıqlamalara görə ən çox koronavirusa yoluxan "Tottenhem" klubundadır. Buna görə London təmsilçisinin həm avrokubok, həm də çempionat oyunları təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest