"Neftçi" qış fasiləsində iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, Mirabdulla Abbasov tezliklə "ağ-qaralar"la vidalaşacaq. Lakin hələ onun hansı komandaya gedəcəyi dəqiqləşməyib.
 
Paytaxt klubu digər yerli futbolçusu Fəhmin Muradbəylini də göndərməyə hazırlaşır. 25 yaşlı yarımmüdafiəçi "Keşlə"yə icarəyə veriləcək.
 
Əvəzində "Neftçi" "Keşlə"dən Azər Salahlını transfer edəcək. Artıq tərəflər bu keçidlə bağlı bütün məsələlərdə razılığa gəliblər. Azərbaycan millisinin də üzvü olan müdafiəçi ilə rəsmi müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.
 
Salahlı "Keşlə"nin öz yetirməsi olsa da, vaxtilə "Qarabağ" və "Sumqayıt"da da çıxış edib. 27 yaşlı futbolçu 2018-ci ildə yenidən "Keşlə"yə qayıtmışdı.
 
Fəhminlə Mirabdulla isə "Neftçi"nin öz yetirmələridir. Abbasov vaxtilə "Dauqavpils", "Sumqayıt" və "Səbail"də, Muradbəyli isə yalnız "Səbail"də icarədə oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest