Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib. Matc.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Əliyev yanvarın 12-də CEV kubokunun 1/8 final matçını idarə edəcək.
 
Əliyev kişi voleybolçular arasında "SK Ankara" (Türkiyə) – "Vero Volley MONZA" (İtaliya) matçının baş hakimi kimi iştirak edəcək. Görüşün ikinci hakimi isə serbiyalı Darko Saviç olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest