Portuqaliya Sequndasında XIX tura yekun vurulmaq üzrədi. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" doğma azarkeşləri önündə meydana çıxıb.

Komanda aşağı pillələrdə qərarlaşan "Braqa B"ni qəbul edib. İki dəfə hesabda önə keçən "Eştoril" meydanı 2:1 hesablı qalibiyyətlə tərk edib. İlk dəqiqələrdən ehtiyatda oturan Renat hesab 2:1 olarkən 83-cü dəqiqədə oyuna qoşulub.

Bu qələbə sayəsində xallarının sayını 33-ə çatdıran "Eştoril" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest