Braziliyanın “İnternasional” klubundan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, 21 yaşlı hücumçu “Neftçi” ilə razılaşıb. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Braziliyalı hücumçunun müqaviləsinin detalları açıqlanmayıb.
 
“İnternasional”ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında “Ponte Preta”da, 2021-ci ilin ikinci yarısında isə “Kuyaba”da çıxış edib.
 
Patonun “transfermarkt”da dəyəri 700 min avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest