Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama matçına çıxıb. Matc.az xəbər verir ki, son Azərbaycan çemponu Antalyada Macarıstanın “Kişvarda” komandası ilə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Xatırladaq ki, Manavqatda məskunlaşan “ağ-qaralar” qardaş ölkədə daha iki sınaq matçı keçirməyi planlaşdırır. “Neftçi”nin ikinci rəqibi ayın 19-da Polşanın “Visla” (Plotsk), üçüncü rəqibi 24-də Bolqarıtsanın ÇSKA 1948 klubu olacaq.
 
Yoxlama oyunu
14 yanvar
 
Neftçi – Kişvarda 2:2
Qol: Emin Mahmudov, 42, Ramin Nəsirli, 71.
 
Neftçi: 12. Kamran İbrahimov, 4. Huqo Basto, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 20. Mert Çəlik, 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 37. Vüsal Əsgərov, 82. Rüfət Abbasov, 97. Xəyal Nəcəfov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest