Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turuna start verilib. Matc.az xəbər verir ki, 9-cu oyun günündə iki qarşılaşma baş tutub.

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turuna start verilib. Matc.az xəbər verir ki, 9-cu oyun günündə iki qarşılaşma baş tutub.
 
A qrupunda Burkina Faso yığması Efiopiya, Kabo Verde millisi isə Kamerunla qarşılaşıb. Hər iki oyunda komandalar hərəyə 1 qol vurub, 1 xal qazanıblar. Kabo Verde yığmasının heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade də meydana çıxıb. O, bu görüşdə 90 dəqiqə oynayıb.
 
Bu nəticələrdən sonra Kamerun yığması qrup lideri kimi növbəti mərhələyə adlayıb. Burkina Faso ikinci yerlə pley-offa çıxıb. Kabo Verde millisi isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq şansını saxlayır.
 
Afrika Millətlər Kuboku
A qrupu
17 yanvar
 
Burkina Faso – Efiopiya 1:1
Qol: Bayala, 24 – Kebede, 52.
 
Kabo Verde – Kamerun
Qol: J.Rodriqes, 53 – V.Abubakar, 39.
 
Xal durumu: Kamerun – 7, Burkina Faso – 4, Kabo Verde – 4, Efiopiya – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest